Rusiya paytaxtı Moskvanın bəzi rayonlarında “qara çovğun” adlandırılan güclü külək hökm sürür.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bununla bağlı sosial şəbəkələrdə maraqlı kadrlar paylaşılıb.
Güclü qar və küləklə müşayiət olunan belə hava şəraitində görmə məsafəsi cəmi bir neçə metr olur.
Bu səbəbdən ölkənin fövqəladə hallar xidmətləri əhaliyə mümkün qədər ehtiyatlı və diqqətli olmağı tövsiyə edib.