Yanvarın 12-də İraqın şimalında “Pence-Kilit” əməliyyatı bölgəsində Türkiyə Ordusunun mövqelərinə terrorçuların hücumu zamanı şəhid olan hərbçilərin sayı 8 nəfərə çatıb.
Senzor.az bildirir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi "X" sosial şəbəkəsindəki hesabında məlumat yayıb.
Nazirlik qeyd edib ki, həkimlərin səyinə baxmayaraq, daha 2 ağır yaralı hərbçi dünyasını dəyişib.
Xatırladaq ki, bundan əvvəl yaralanan əsgərlərdən biri də həyatını itirmişdi.
Bölgədə əməliyyatlar davam edir.
**23:29 (12.01.2024)
“Pəncə-Kilit” əməliyyatı bölgəsində (İraqda) daha 5 türk əsgəri şəhid olub.
Senzor.az bildirir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında deyilir.
Qeyd edilir ki, hücum zamanı 3-ü ağır olmaqla 8 əsgər yaralanıb
“12 yanvar 2024-cü il tarixində “Pəncə-Kilit” əməliyyatı bölgəsində baza ərazisinə soxulmağa çalışan terrorçularla başlayan atışmada 5 qəhrəman əsgərimiz şəhid olub, 3-ü ağır olmaqla 8 qəhrəmanımız yaralanıb. Yaralılarımız xəstəxanaya göndərilib və müalicələrinə başlanılıb.
İlkin məlumata görə, 12 terrorçu zərərsizləşdirilib. Bölgədə əməliyyatlar davam edir”, - nazirlikdən bildirilib.
Nazirlik həyatını itirən şəhidlərə Allahdan rəhmət diləyib, ailələrinə başsağlığı verib, yaralılara şəfa arzulayıb.