ABŞ və Böyük Britaniya qüvvələri Yəmənin paytaxtına yeni hava zərbəsi endiriblər.
Bu barədə “Al Masirah” telekanalı məlumat yayıb.
Təfərrüatlar açıqlanmır.
Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Cozef Bayden Yəməndəki husi qüvvələrinin Qırmızı dənizdə ticarət gəmilərinə hücumları dayandırmayacaqları təqdirdə Birləşmiş Ştatların onlara zərbələr endirməyə davam edəcəyini bildirib. "Husilər yaramaz davranışlarını davam etdirsələr, onlara mütləq cavab verəcəyik", - ABŞ rəhbəri deyib.
Bayden jurnalistlərlə danışarkən husiləri “terrorçu qrup” adlandırıb.
“Reuters” isə bu arada ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığına istinadən Amerika hərbçilərinin Yəməndə “Ansar Allah” hərəkatının (husilərin) hərbi komandanlığına tabe olan radiolakasiya stansiyasına hücum etdiyi barədə məlumat yayıb.
“Bu zərbə “Carney” esminesləri tərəfindən quruda yerləşən “Tomahawk” hücum raketlərindən istifadə edərək həyata keçirilib və husilərin ticarət gəmiləri də daxil olmaqla dəniz gəmilərinə hücum etmək qabiliyyətini aşağı salmaq üçün yanvarın 12-də həyata keçirilən zərbələrin davamı olub”, - komandanlıq bildirib.