Nepalın qərbində avtobusun körpüdən çaya düşməsi nəticəsində azı 12 nəfər həlak olub.
Sinxua agentliyi xəbər verir ki, bu barədə regional polis rəisi bildirib. Onun sözlərinə görə, qəzada 12 nəfərin öldüyü, daha 22 nəfərin yaralandığı təsdiqlənib.
Bildirib ki, sürətlə hərəkət edən avtobus cümə günü gecə saatlarında çayın üzərindəki körpünün məhəccərinə çırpılıb və suya düşüb. Xilasedicilər avtobusu çaydan təxminən dörd saat sonra çıxara biliblər. Zərərçəkənlər yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.
İçərisində 36 sərnişinin olduğu avtobus Nepalın paytaxtı Katmanduya gedirdi.