Təl-Əvivdə 120 minə yaxın insan oktyabrın 7-də fələstinli radikallar tərəfindən əsir götürülən və Qəzza zolağında saxlanılan bütün girovların azad edilməsi çağırışı ilə nümayiş keçirib.
Senzor.az yerli KIV-ə istinadən bildirir ki, mitinq HƏMAS-ın İsrailə hücumundan 100 gün keçməsinə həsr olunmuş tədbirlər çərçivəsində keçirilib.
Həmçinin Təl-Əvivin mərkəzində İsraildə yeni seçkilərin keçirilməsi tələbi ilə etiraz aksiyası keçirilib.
Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.
İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.