Şimali Koreya Yapon dənizi istiqamətində ballistik raket buraxdı

Koreya Xalq Demokratik Respublikası (KXDR) Yapon (Şərq) dənizi istiqamətində ballistik raket buraxıb.

 

Məlumatı Yonhap agentliyi yayıb. 

 

Bu, Şimali Koreyanın cari ildə ilk raket sınağıdır.

 

Hələlik raketin və onun uçuşunun detalları barədə məlumat yoxdur. Bununla belə, Cənubi Koreyanın müdafiə naziri Şin Von-şik ötən həftə Yonhap agentliyinə müsahibəsində KXDR-in yaxın günlərdə bərk yanacaqla işləyən ortamənzilli ballistik raket sınağı keçirə biləcəyini, ayın sonunda isə uzaqmənzilli raket buraxa biləcəyini açıqlamışdı.

 

KXDR-in yeni ildə ilk raket buraxılışı Koreya yarımadasındakı gərgin vəziyyət fonunda baş verib. Yanvarın 5-7-də KXDR-in ölkənin qərb sahilində, Cənubi Koreyanın adalarına yaxın ərazidə Sarı dəniz istiqamətində döyüş atışlı artilleriya təlimləri keçirməsi ilə bölgədə vəziyyət gərginləşmişdi. Ardınca Şimali Koreyanın lideri Kim Çen In Cənubi Koreyanı ölkəsinin düşməni adlandırmış və onunla müharibədən çəkinmək niyyətində olmadıqlarını bəyan etmişdi.

 

Qeyd edək ki, Şimali Koreya sonuncu dəfə Yapon dənizi istiqamətində bərk yanacaqla işləyən “Hwasong-18” qitələrarası ballistik raketini ötən il dekabrın 18-də buraxmışdı.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.