Danimarkanın yeni Kralı taxt-tacı anasından təhvil aldı

Yanvarın 14-də Danimarkanın vəliəhd şahzadəsi Frederik taxt-tacı anası Kraliça II Marqretdən təhvil alıb.

 

TASS bildirir ki, yeni Kral Kopenhagendəki Amalienborq qəsrində elan edilib, rəsmi tacqoyma mərasimi olmayıb.

 

Yeni monarxın X Frederik adı ilə krallıq edəcəyi bildirilib.

 

Qeyd edək ki, şahzadə Frederik (tam adı Frederik Andre Henrik Kristian) 1968-ci il mayın 26-da Danimarka kralı IX Frederikin böyük qızı Marqret və şahzadə Henrikin (milləyyətcə fransız) ailəsində anadan olub. 1972-ci ilin yanvarında anası kraliça olanda Frederik vəliəhd şahzadə adı qazanıb. 2008-ci ildə isə ona Monpeza qrafı titulu verilib.

 

1995-ci ildə yeni Kral Orhus Universitetini siyasi elmlər üzrə magistr dərəcəsi ilə bitirib. İngilis, alman və fransız dillərini bilir.

 

Onu da qeyd edək ki, taxtdan imtina etdikdən sonra Marqrete Kralın müavini - regent vəzifəsini tutub.

 

Danimarkada taxt 1660-cı ildən miras qalır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.