Maldiv Respublikası Hindistandan öz ordusunu martın 15-dək adalardan çıxarmağı xahiş edib.
“Sun Online” nəşri bu barədə Maldiv adaları prezidenti administrasiyasının ictimai-siyasi məsələlər üzrə köməkçisi Abdulla Nazim İbrahimə istinadən məlumat yayıb.
“Hindistanlı hərbçilər Maldiv adalarında qala bilməz. Bu, Prezident Mohamed Muizzunun və indiki administrasiyanın siyasətidir”, - İbrahim deyib.
İbrahim xatırladıb ki, qoşunların çıxarılması ilə bağlı danışıqlar aparmaq üçün yüksək səviyyəli qrup yaradılıb. Bu qrupun ilk iclası bazar günü keçirilib. Orada Hindistan ordusunun çıxarılmasının vaxtı ilə bağlı məsələ müzakirə olunub.
Qeyd edək ki, Maldiv adalarında 88 hindistanlı hərbçi var.