Oktyabrın 7-dən bəri Qəzza zolağında ölənlərin sayı 24 100 nəfərə çatıb.
Bu barədə Qəzzadakı səhiyyə qurumu məlumat yayıb.
Məlumata görə, yaralananların sayı 60 834 nəfərdir.
Səhiyyə qurumu bildirib ki, İsrailin hücumları zamanı son 24 saat ərzində 132 fələstinli ölüb, 252 nəfər yaralanıb.
Xatırladaq ki, ötən ilin oktyabrın 7-də HƏMAS-ın İsrailin cənubuna gözlənilməz hücumu nəticəsində 1200-dən çox israilli qətlə yetirilib, 240-dan çox israilli girov götürülüb. Bundan sonra İsrail hərbi qüvvələri HƏMAS-a qarşı Qəzzada hərbi əməliyyata başlayıb.