Polşa hökuməti Ukrayna ilə üç sərhəd keçid məntəqəsindəki blokadanı martın 1-dək dayandırmağa razılaşaraq, daşıyıcılarla saziş imzalayıb.
Polşa KİV xəbər verir ki, bunu Polşanın infrastruktur naziri Dariuş Klimçak deyib.
"Biz yeddi bənddən ibarət saziş imzaladıq, bunun nəticəsi üç keçiddə blokadaya son qoymaq olacaq”, - o qeyd edib.