İran İslam İnqilabı Keşikçiləri Korpusu (“Sepah”, İran Silahlı Qüvvələrinə daxildir) “Ceyş əl-Ədl” qruplaşmasının Pakistandakı qərargahlarına zərbələr endirib.
Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Məlumata görə, zərbələr raket və dronlar vasitəsilə endirilib. Beləliklə, “Sepah” ilk dəfə Pakistan ərazisini vurmuş olub.
Məlumatda o da qeyd olunub ki, zərbələr Pakistanın Bəlucistan əyalətinin Kühi-Səbz ərazisində endirilib, hansı ki orada terror təşkilatının əsas qərargahlarından biri yerləşirdi.