Pakistan öz səfirini İrandan geri çağırıb.
Yerli KİV xəbər verir ki, Pakistan XİN Tehranın ölkə ərazisinə zərbələrini qanunsuz adlandırıb və cavab vermək hüququnu özündə saxladığını deyib.
Pakistan XİN sözçüsü Mümtaz Zəhra Bəluç əlavə edib ki, İslamabad ölkənin suverenliyinin pozulmasından sonra Tehranla bütün yüksək səviyyəli diplomatik mübadilələri dayandıracaq.
Xatırladaq ki, ötən gün İran Pakistan ərazisinə raket zərbələri endirib.