BMT-nin baş katibi Antonio Quttereş İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda azad edilmiş israilli əsirlərlə görüş keçirib.
Yerli KİV xəbər verir ki, baş katib həmçinin Girov və İtkin Ailələr Forumunun nümayəndələri ilə də görüşüb.
Görüş zamanı Quttereş bütün əsirlərin dərhal azad edilməsi barədə yenidən çağırış edib.