Pakistan İranla diplomatik münasibətləri bərpa etmək qərarına gəldi

Pakistanın Milli Təhlükəsizlik Komitəsi İranla diplomatik münasibətləri tam bərpa etmək qərarına gəlib.

 

Bu barədə “Reuters” agentliyi məlumat yayıb.

 

Məlumata görə, bu qərardan sonra daha əvvəl geri çağırılmış səfirlər Rza Əmiri Müqəddəm və Məhəmməd Mudasir Tipu uyğun olaraq İslamabad və Tehrana qayıdacaqlar.

 

Senzor.az xatırladır ki, 16 yanvarda İran Pakistanda müəyyən mövqelərə raket zərbələri endirib. Nəticədə 2 uşaq ölüb, 3 nəfər yaralanıb. Bunun ardınca Pakistan hökuməti İrandakı səfirini geri çağırıb və İran səfirindən Pakistana səfər etməməsini istəyib. İki ölkə arasında bütün tədbirlərin keçirilməsi dayandırılıb.

 

Onu da əlavə edək ki, 18 yanvarda Pakistan İrana müəyyən mövqelərə hücum edib. Nəticədə 10 nəfər həlak olub.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.