Slovakiya Baş naziri Robert Fiko Ukraynanın NATO-ya üzvlüyünə mane olacağını bildirib.
O, bu barədə RTVS telekanalında bildirib.
Baş nazirin sözlərinə görə, Ukraynanın alyansa daxil olması Üçüncü Dünya müharibəsinin başlaması deməkdir.
Qeyd edək ki, yanvarın 24-də onun ukraynalı həmkarı Denis Şmıqalla görüşü baş tutacaq. Fiko görüşün “maraqlı” keçəcəyini vurğulayıb.(APA)