Ukraynanın NATO-ya üzvlüyünə qarşı çıxan dövlətlər var.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Polşanın Baş naziri Donald Tusk ilə birlikdə tələbələrlə görüşdə çıxışı zamanı deyib.
“Ukraynanın NATO-ya üzvlüyünə qarşı çıxan dövlətlər var. Onlar Rusiyanın eskalasiyasından qorxurlar. Bu, Ukraynaya qarşı xəyanətdir”, - o bildirib.
V.Zelenski konkret ölkə adı çəkməyib.
**17:16
Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevdə Polşa Baş naziri Donald Tuskla görüşüb.
Bununla bağlı Ukrayna Prezidenti "X" hesabında paylaşım edib.
Onun sözlərinə görə, görüşdə ölkələrarası ikitərəfli münasibətlərin bütün aspektləri müzakirə olunub.
"Biz Polşanın sarsılmaz dəstəyini və Ukraynaya yeni hərbi yardım paketini, eləcə də Ukraynaya ehtiyacları üçün daha genişmiqyaslı silah alışına yönəlmiş əməkdaşlığın yeni formasını: Ukrayna üçün Polşa kreditini yüksək qiymətləndiririk. Gələcəkdə birgə silah istehsalının mümkünlüyü də bu gün Baş nazirlə müzakirə olunub. Ukraynanı dəstəklədiyiniz üçün təşəkkür edirik" - Zelenski qeyd edib.
**12:28
Polşanın Baş naziri Donald Tusk Ukraynaya səfər edib.
Bu barədə Baş nazirin rəsmi "X" hesabında məlumat verilib.
Bildirilib ki, Baş nazir Tusk artıq Kiyevdədir və o,səfəri çərçivəsində Ukrayna Prezidenti Vladimir Zelenski və Baş nazir Denis Şmıqal ilə görüşlər keçirəcək.