Fransanın müdafiə naziri Sebastyan Lekornyu İsraildə səfərdədir.
Bu barədə İsrail KİV-i məlumat yayıb.
Bildirilib ki, o, baş nazir Benyamin Netanyahu ilə görüşüb. Onlar girovların qaytarılması məsələsini müzakirə ediblər.
S.Lekornyu, həmçinin həmkarı Yoav Qallantla da görüşüb. Nazirlər Livan sərhədindəki təhlükəsizlik vəziyyəti və "Hizbullah"a qarşı mübarizə barədə danışıblar.