HƏMAS tərəfindən əsir götürülən israillilərin qohumları parlamentin (Knesset) maliyyə komitəsinin Qərbi Qüdsdə keçirilən iclasına basqın edərək, deputatlardan Fələstin anklavında qalan yaxınlarının azad edilməsi üçün təcili tədbirlər görmələrini tələb ediblər.
Senzor.az xarici KİV-ə istinadən bildirir ki, internetdə yayılan görüntülərdə məhbusların qohumlarının qışqıraraq və əllərində plakatlar tutaraq parlamentin auditoriyasına girərkən mühafizəçiləri necə yardıqları görünür.
Çoxları üzərində “Onları (məhbusları) geri gətirin” sözləri yazılmış köynəklər geyiniblər. Etirazçılar deputatlardan HƏMAS ilə əsirlərin mübadiləsinə dair yeni saziş üzərində işə başlamağı tələb ediblər.
Etirazçılardan biri “Uşaqlarımız ölənə qədər burada oturmayacaqsınız” deyə qışqırıb.
Qeyd edək ki, İsrail ordusunun məlumatına görə, Qəzza zolağında 136 israilli məhbus var.
Məhbusların yaxınları da İsrailin Baş naziri Binyamin Netanyahunun Qərbi Qüdsdəki evində aksiya keçirərək məhbusların azad edilməsi üçün tədbirlərin görülməsini tələb ediblər.
Onlar hökuməti ictimai təhlükəsizliyi təmin etməməkdə ittiham edirlər.