İspaniya və Belçika Yaxın Şərq üzrə sülh konfransına ev sahibliyi etməyə hazırdır

İspaniya və Belçika Yaxın Şərq nizamlanması üzrə sülh konfransına ev sahibliyi etməyə hazır olduqlarını bildiriblər.


Bu barədə “El Pais” qəzeti məlumat yayıb.


Bildirilib ki, Avropa İttifaqı (Aİ), xüsusən də İspaniya və Belçika hakimiyyəti İsraili münaqişəni iki dövlət prinsipi əsasında həll etməyə inandırmaq üçün ona təzyiqləri artırır. Rəsmi Madrid vəziyyəti həll edəcək beynəlxalq sülh konfransının keçirilməsi ideyasını dəfələrlə səsləndirib. Qeyd edilib ki, bununla bağlı mümkün tarix hələ açıqlanmasa da, İspaniya və Belçika hakimiyyəti bu gələcək görüşə ev sahibliyi etməyə hazır olduqlarını bildiriblər.


Xatırladaq ki, daha əvvəl “Euractiv” portalı Aİ-nin İsrail və Fələstin arasındakı münaqişənin hərtərəfli həlli üçün plan hazırladığı barədə məlumat yaymışdı. 10 bənddən ibarət sənədlə Qəzza zolağında sülh bərqərar ola, müstəqil Fələstin dövləti yarana, İsrail ilə ərəb dünyası arasında münasibətlər normallaşa bilər. Üstəlik, bu planla regionda uzunmüddətli təhlükəsizliyi təmin edə biləcək addımlar nəzərdə tutulur.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.