Fransada ermənilər aksiya keçirən fermerləri avtomobillə vurub, ölən və yaralananlar var
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, hadisə yanvarın 23-də səhər saatlarında Fransanın cənubunda, Aryej departamentinin 20 nömrəli şosesində baş verib. Belə ki, üç nəfərlik ailə yolu bağlayan saman blokunun arxasında dayanıbmış. Bu zaman sürətlə gələn avtomobil maneəyə reaksiya verməyib və həmin üç etirazçını vurub.
Nəticədə gənc qadın olub, onun yeniyetmə qızı və həyat yoldaşı ağır xəsarət alıb. Qəzadan sonra avtomobildə olan 3 nəfər nəzarətə götürülüb.
“Le Parisien” nəşri bildirib ki, cinayəti törədən Ermənistan vətəndaşları olub. Onlar 2022-ci ildən qaçqın statusu almaq istəyiblər, lakin 2023-cü ilin payızında imtina cavabı alıblar və ermənilərə ölkəni tərk etmək əmri verilib. Ancaq ermənilər bu əmri yerinə yetirməyiblər.
Hazırda polis etiraz aksiyası keçirən fermerlərin qəsdən vurulub-vurulmadığını müəyyənləşdirir.