Almaniya Maşınistlər İttifaqı (GDL) bu gündən yanvarın 29-dək davam edəcək böyük tətilə başlayır.
Senzor.az xarici KİV-ə istinadən bildirir ki, yük qatarlarının maşinistləri artıq yanvarın 23-dən yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə 21:00) maaşların artırılması tələbi ilə ümummilli tətilə başlayıblar.
Sərnişin qatarlarının maşinistləri isə çərşənbə günü yerli vaxtla saat 02:00-dan (Bakı vaxtı ilə 05:00) tətilə qoşulacaqlar.
Bu, GDL-in çağırışı ilə Almaniyada son 3 ayda keçirilən sayca dördüncü böyük tətildir.
Alman Dəmir Yolları altı günlük tətil zamanı ümummilli qatar şəbəkəsində böyük fasilələr olacağı barədə xəbərdarlıq edib.