İl-76 təyyarəsi Xarkov vilayətindən atılan raketlə vurulub - RUSİYA MN
YENİLƏNİB

Rusiya Müdafiə Nazirliyi İl-76 hərbi nəqliyyat təyyarəsinin Ukrayna silahlı qüvvələri tərəfindən Xarkov vilayəti ərazisindən vurulduğunu açıqlayıb.


Yerli KİV xəbər verir ki, Rusiya MN-nin məlumatında təyarənin Ukrayna Silahlı Qüvvələrinin Xarkov vilayətinin Liptsi yaşayış məntəqəsində yerləşən zenit-raket sistemindən istifadə edilərək vurulduğu qeyd olunub.


Qeyd edək ki, bu gün Belqorod vilayətinin Koraçansk rayonunda Rusiya Silahlı Qüvvələrinə məxsus İl-76 hərbi nəqliyyat təyyarəsi qəzaya uğrayıb. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, qəzaya uğrayan hərbi təyyarədə dəyişdirilmək üçün Belqoroda aparılan 65 ukraynalı əsir və daha 9 nəfə olub. Onların hamısının həlak olduğu bildirilib.

**16:04

Belqorod vilayətində qəzaya uğrayan İl-76 hərbi təyyarəsinin göyərtəsində olanların hamısı həlak olub.


Bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov Telegram kanalında məlumat verib.


"Koroçanski rayonunda nəqliyyat təyyarəsi qəzaya uğrayıb. O, yaşayış məntəqəsinin yaxınlığındakı əkin sahəsinə düşüb. Təyyarədə olanların hamısı həlak olub", - deyə vilayət rəhbəri bildirib.


Qubernatorun sözlərinə görə, hazırda ərazi mühasirəyə alınıb, bütün əməliyyat xidmətləri yerindədir, istintaq tədbirləri aparılır. "Qəzanın səbəblərini müəyyən etmək üçün əraziyə komissiya göndərilir", - Qladkov əlavə edib.


Qeyd edək ki, qəzaya uğrayan İl-76 təyyarəsinin göyərtəsində dəyişdirilmək üçün Belqorod vilayətinə aparılan Ukrayna Silahlı Qüvvələrinin əsir götürülmüş 65 hərbçisi, 6 ekipaj üzvü və onları müşayiət edən 3 nəfər olub.

**14:24

Ukrayna Müdafiə Nazirliyi hazırda İl-76 hərbi nəqliyyat təyyarəsinin Ukrayna Müdafiə Qüvvələri tərəfindən vurulduğunu təsdiq edə bilmir. Onlar hələ də məlumatı dəqiqləşdirirlər .


Bu barədə Ukraynanın Suspilne saytı məlumat verib.


Bundan əvvəl Ukrayna mediası İl-76-nın Ukrayna Silahlı Qüvvələri tərəfindən vurulduğunu yazmışdı.


**

Rusiyanın Belqorod vilayətində İl-76 təyyarəsi Ukrayna Silahlı Qüvvələri tərəfindən vurulub.


Ukrayna KİV xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrdəki mənbələr bildirir.


Mənbə qeyd edib ki, əsirlərin mübadiləsi ilə bağlı heç bir razılaşma olmayıb və vurulan təyyarədə S-300 raketləri olub.


Rusiya Müdafiə Nazirliyi İl-76 hərbi nəqliyyat təyyarəsinin Belqorod vilayətində qəzaya uğraması barədə məlumat yayıb.


Məlumatda bildirilib ki, İl-76 təyyarəsinin göyərtəsində dəyişdirilmək üçün Belqorod vilayətinə aparılan Ukrayna Silahlı Qüvvələrinin əsir götürülmüş 65 hərbçisi, 6 ekipaj üzvü və onları müşayiət edən 3 nəfər olub.

**

Belqorodda Rusiya hərbi nəqliyyat təyyarəsi raketlə vurulduğu məlum olub.


Bu barədə Rusiya Dövlət Dumasının hərbi komitəsinin rəhbəri Andrey Kartapolov deyib.


Onun sözlərinə görə, göyərtəsində 65 ukraynalı hərbi əsirin olduğu İl-76 üç Patriot və ya İris-T raketləri ilə vurulub.


O da bildirilib ki, bu gün göyərtəsində 80 ukraynalı hərbi əsirin olduğu başqa bir İl-76 təyyarəsi də həmin istiqamətdə uçub, lakin məlum insidentdən sonra, həmin təyyarə geri qaytarılıb.


Dövlət Dumasının spikeri Vyaçeslav Volodin isə məlum insidentlə bağlı Rusiyanın ABŞ və Almaniyaya müraciət hazırladığını söyləyib.

**13:43

Rusiya Müdafiə Nazirliyi İl-76 hərbi nəqliyyat təyyarəsinin Belqorod vilayətində qəzaya uğramasını təsdiqləyib.


APA xəbər verir ki, Rusiya MN-dən verilən açıqlamada bildirilib ki, bu gün saat 11.00 radələrində Belqorod vilayətində İl-76 təyyarəsi qəzaya uğrayıb.


Qeyd olunub ki, İl-76 təyyarəsinin göyərtəsində dəyişdirilmək üçün Belqorod vilayətinə aparılan Ukrayna Silahlı Qüvvələrinin əsir götürülmüş 65 hərbçisi, 6 ekipaj üzvü və onları müşayiət edən 3 nəfər olub.

**13:15

Belqorodda Rusiyanın hərbi təyyarəsi qəzaya uğrayıb, 63 nəfərin öldüyü bildirilir.


APA xəbər verir ki, Rusiyanın “112” teleqram kanalının məlumatına görə, qəzaya uğrayan “İl-76” hərbi nəqliyyat təyyarəsində 63 nəfər olub. Onların hamısının həlak olduğu bildirilib.

**

Rusiyanın İl-76 təyyarəsi Belqorod vilayətində qəzaya uğrayıb.


Bu barədə yerli KİV məlumat yayıb.


Bildirilib ki, hərbi-nəqliyyat təyyarəsi olan İl-76 Belqorod vilayətinin Koroçansk rayonunda qəzaya uğrayıb.


"Koroçansk rayonunda insident baş verib. Hazırda Fövqəladə Hallar Nazirliyinin istintaq qrupu və əməkdaşları hadisə yerində işləyir. İş qrafikimi dəyişib əraziyə gedirəm. Bütün təfərrüatlar barədə daha sonra məlumat verəcəm ", - deyə Belqorod vilayətinin qubernatoru Qladkov "Telegram" kanalında yazıb.(APA)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.