“1967-ci il sərhədləri çərçivəsində paytaxtı Şərqi Qüds (Yerusəlim – red.) olan müstəqil Fələstin Dövləti qurulanadək bu mübarizəni aparacağıq”.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə – İran Biznes Forumunda deyib.
“Biz İsrailin müharibə cinayətlərindən yaxasını qurtarmaması üçün beynəlxalq səviyyədə atılan addımları dəstəkləyirik”, – dövlət başçısı vurğulayıb.
Onun sözlərinə görə, Türkiyə Yaxın Şərqdəki münaqişənin ilk günündən “bu məsələdə qürurlu və vicdanlı mövqe ortaya qoyub”.
Xatırladaq ki, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və iranlı həmkarı İbrahim Rəisi arasında görüş olub.