Rusiya Prezidenti Vladimir Putin Kalininqrada səfər edib.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Putinin Kalininqrada səfəri NATO-ya mesaj deyil, bu, Prezidentin işidir.
Peskov əlavə edib ki, Rusiya Federasiyası Prezidentinin Kalininqrada uçarkən təhlükəsizliyini təmin etmək üçün lazım olan hər şey edilib. O, Putinin Kalininqrada uçuşu üçün Litva ərazisi üzərindən birbaşa dəhliz tələb olunmadığını da söyləyib.