Litvanın xarici işlər naziri Qabrielius Landsbergis Ukraynaya səfər edib.
Unian xəbər verir ki, litvalı nazir Kiyevə gedərkən jurnalistlərə bildirib ki, bu il müharibə xüsusilə əhəmiyyətli olacaq, çünki Qərbin Ukraynaya gələcək dəstəyi onun nəticəsini müəyyən edə bilər.
Landsbergisin bu gün Ukrayna rəsmiləri ilə görüşü planlaşdırılır. Bu, artıq Litva Xarici İşlər Nazirliyinin rəhbərinin Ukraynaya səkkizinci səfəridir.