Bu gün gecəyarısından etibarən Çində dörd zəlzələ baş verib, onların hamısı Qırğızıstanda hiss olunub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Qırğızıstan Milli Elmlər Akademiyasının Seysmologiya İnstitutu məlumat yayıb.
Məlumata görə, Çində təxminən altı bal gücündə olan zəlzələ Qırğızıstanın Bedel kəndlərində - 4,5 bal, Ak-Şıyrak və Kumtorda təxminən dörd bal gücündə hiss olunub. Çində 4,5 bal, 4,2 bal və 4,0 bal gücündə daha üç zəlzələ baş verib ki, bu da Qırğızıstan kəndlərində müvafiq olaraq 3 və 2,5 bal gücündə hiss olunub.
Xatırladaq ki, Qırğızıstanda yanvarın 23-də 10 (birincisi Bişkekdə hiss olunub), yanvarın 24-də 5, yanvarın 25-də isə 8 zəlzələ qeydə alınıb. Əksər hallarda episentr Çində olub.