Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə NATO-nun Baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.
Senzor.az bildirir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsindən məlumat verilib.
Məlumata əsasən, danışıq zamanı qlobal və regional məsələlər, eləcə də Türkiyənin İsveçin NATO-ya üzvlüyü ilə bağlı verdiyi qərar müzakirə olunub.