Yanvarın 26-da Gürcüstan Prezidenti Salome Zurabişvilinin rəsmi saytına kiberhücum olub və sayta giriş bir neçə saat ərzində əlçatmaz olub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Dövlət Təhlükəsizlik Xidməti (DTX) ölkə Prezidentinin rəsmi saytının sındırılması faktını araşdırmağa başlayıb.
“Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin Əməliyyat-Texniki Agentliyinin Kibertəhlükəsizlik Mərkəzi qısa müddətdə hücumu müəyyən edə bilib.Görülən bir sıra təxirəsalınmaz cavab tədbirləri nəticəsində kiberhücumun qarşısı alınıb və Prezidentin səhifəsi adi qaydada işləyir”, - deyə DTX-nın məlumatında vurğulanıb.
Departamentdən verilən məlumata görə, hazırda səhifənin zəifliyi yoxlanılır və sonradan hüquqi cavab verilməsi məqsədi ilə təqsirkarlar müəyyənləşdirilir.