Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin seysmoloji müşahidələr və tədqiqatlar üzrə milli elmi mərkəzi Çinlə sərhəddə baş vermiş güclü zəlzələdən sonrakı beş gün ərzində 1,9 min yeraltı təkan qeydə alıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, qeydə alınan yeraltı təkanlardan 11-i hiss edilən səviyyədə olub. “Seysmik aktivləşmə prosesi tədricən zəifləyəcək və normal vəziyyətə düşəcək”, - deyə nazirliyin press-relizində bildirilib.
Qurumun məlumatına görə, hazırda bütün obyektlər normal rejimdə işləyir, seysmoloji vəziyyət stabildir.