İsrailin Qəzza zolağının müxtəlif ərazilərini bombalaması və atəşə tutması nəticəsində ölənlərin sayı 26,5 minə yaxınlaşır, 65 mindən çox insan isə yaralanıb.
Bu məlumatı anklavın Səhiyyə Nazirliyi verib.
Departamentin rəsmi Telegram kanalında dərc edilən məlumatda deyilir: “Ötən ilin oktyabrından bəri İsrail ordusunun qurbanlarının sayı 26 422 nəfərə çatıb, daha 65 087 nəfər yaralanıb.
Qəzza Səhiyyə Nazirliyi də “təkcə son 24 saat ərzində anklavda ən azı 165 nəfərin öldüyünü, 290 nəfərin yaralandığını” vurğulayıb.
Ölənlərin bəzilərinin cəsədləri dağıntılar altındadır və həkimlər onlara hələ çata bilmir.