Burkina Faso, Mali və Niger Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyindən (ECOWAS) çıxmaq qərarına gəliblər.
Senzor.az xarici KİV-ə istinadən bildirir ki, Nigerin milli televiziyasında təşkilatdan çıxmaqla bağlı birgə bəyanat oxunub.
Ölkələrin birgə bəyanatına görə, adıçəkilən dövlətlər təşkilatın öz ideallarından geri çəkilməsindən və Qərbin təsirindən məyusdurlar. Belə ki, ECOWAS terrorla mübarizədə onlara kömək etməyib və tətbiq edilən sanksiyalar vəziyyəti daha da çətinləşdirib.
Xatırladaq ki, ECOWAS on beş ölkənin regional siyasi və iqtisadi birliyidir.
ECOWAS-ın məqsədi tamhüquqlu iqtisadi və ticarət ittifaqının qurulması yolu ilə üzv dövlətlər üçün kollektiv özünütəminata nail olmaqdır.