Hazırda Ukrayna ordusunun sayı 880 min nəfərdir - ZELENSKİ
YENİLƏNİB

Hazırda Ukrayna Silahlı Qüvvələrində təxminən 880 min hərbçi xidmət edir.


Ukrayna Prezidenti Volodimir Zelenski bu rəqəmi ARD telekanalına müsahibəsində səsləndirib. Dövlət başçısı, həmçinin müharibə başlayandan bəri 6,5-7,5 milyon nəfərin ölkəni tərk edərək xaricə getdiyini deyib.


Volodimir Zelenski 2023-cü ilin dekabrında Ukrayna Quru Qoşunlarında şəxsi heyətin sayının 600 min nəfərdən çox olduğunu bildirmişdi. 2022-ci ilin fevral ayında isə Ukrayna Silahlı Qüvvələrində 260 minə yaxın hərbçi xidmət edirdi ki, bunun da təxminən 250 min nəfəri quru qoşunlarında idi.

**11:27

Ukrayna Prezidenti Volodimir Zelenski üçüncü dünya müharibəsi ilə bağlı xəbərdarlıq edib.


Yerli KİV xəbər verir ki, o, bu barədə Almaniyanın ARD telekanalına müsahibəsində deyib.


V.Zelenski söyləyib ki, bu ssenarinin qarşısını almaq lazımdır: “Biz xalqımıza, tərəfdaşlarımıza, sülh perspektivinə inanmalıyıq. Rusiyanı həm geosiyasi, həm də maliyyə cəhətdən dayandırmaq olar”.


Prezident bildirib ki, Ukraynanın dağılmasının, qlobal miqrasiyanın və üçüncü dünya müharibəsinin qarşısının alınması üçün bunlar vacibdir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.