İranda İsrailin xeyrinə casusluq etmək və İslam respublikasının milli təhlükəsizliyini pozmaq üçün terror qruplaşması yaratmaq ittihamı ilə dörd nəfər edam edilib.
Mehr agentliyi bu barədə İranın kəşfiyyat orqanlarına istinadla məlumat yayıb.
İsrailin “Mossad” kəşfiyyat agentliyi ilə əlaqəli qrupun dörd üzvünün yanvarın 29-da səhər saatlarında edam olunduğu bildirilir. İraq Kürdüstanı vasitəsilə ölkəyə daxil olan həmin şəxslər 2023-cü ildə İsfahan əyalətinin Nəcəfabad şəhərindəki raket zavodunda partlayıcı qurğu quraşdırmaq ittihamı ilə həbs olunmuşdu. Sentyabrın 17-də İran məhkəməsi İsrail kəşfiyyatı ilə əməkdaşlıqda təqsirləndirilən qruplaşma üzvlərini edam cəzasına məhkum etmişdi.