Yaxın Şərqin 11 müsəlman ölkəsində ABŞ-ın 46 bazası və... 55 MİNDƏN ÇOX HƏRBÇİSİ VAR
“İSLAM MÜQAVİMƏTÇİLƏRİ” PENTAQONA MEYDAN OXUDU

İordaniya-Suriya sərhədində yerləşən ABŞ hərbi bazasına amerikalı hərbçilərin ölümü ilə nəticələnən hücumun məsuliyyətini İranın İraq və Suriya ərazisində dəstəklədiyi “İslam Müqavimətçiləri” öz üzərlərinə götürüblər. 

 

Senzor.az bildirir ki, bunu Ədalət partiyasının sədr müavini, politoloq Elxan Şükürlü sosial şəbəkədə həmin insidentlə bağlı məlumatı şərh edərkən yazıb. 

 

Onun yazdığına görə, “İslam Müqavimətçiləri” üstəlik, belə bir bəyanat da səsləndiriblər: “ABŞ İsraili dəstəkləməyə davam etdikcə, hücumlarımız artacaq. ABŞ-ın regiondakı bütün maraqları qanuni hədəfimizdir və bizi ABŞ-ın cavab təhdidləri maraqlandırmır: istiqamətimizi bilirik, şəhidlik mükafatımızdır”. 

Politoloq xatırladıb ki, hazırda ABŞ-ın Yaxın Şərq ölkələrində neçə hərbi bazasının olduğu, həmin bazalarda nə qədər hərbçinin xidmət keçdiyi, bu hərbi bazaların hansı əsaslarla region ölkələrində yerləşdirildiyi və onların çıxarılma imkanları ciddi müzakirə mövzusuna çevrilib: “Xüsusən də HƏMAS-İsrail savaşından sonra özünü müsəlman sayan ölkə rəhbərlərinə ünvanlanan və israrla cavab istənilən əsas sual isə budur: Yaxın Şərqi müharibələr meydançasına və silah anbarına çevirən, müsəlman əhaliyə divan tutan ABŞ bazalarını niyə öz ərazinizdə saxlayırsınız?!”.

  

E.Şükürlü onu da vurğulayıb ki, indiyədək açıq mənbələrdə yayılan məlumat və xəritələrdə Yaxın Şərqin 11 müsəlman ölkəsində ABŞ-ın 46 hərbi bazasının olduğu və bu bazalarda 55 min nəfərdən çox amerikalı hərbçinin xidmət keçdiyi göstərilirdi: “Məsələn, 2019-2023-cü illər ərzində yaylan ən müxtəlif xəritələrdə və tədqiqat materiallarında ABŞ hərbi bazalarının yerləşdiyi Yaxın Şərqin bu müsəlman ölkələrinin adları çəkilib: 

1. Qətər – ABŞ-ın ən böyük və müasir texnologiyalarla təchiz edilmiş “Əbu-Udeyd” hava bazası və “Əs-Seyliyə” düşərgəsi burada yerləşir, 13 mindən çox hərbçinin xidmət keçdiyi bildirilir; 

2. Bəhreyn –  ABŞ-ın Yaxın Şərqdəki Hərbi Dəniz Qüvvələrinin Mərkəzi Komandanlığı və 5-ci hərbi dəniz donanması, eləcə də 3-cü ABŞ Ordusu Qərargahı burada yerləşir, “Şeyx İsa” və “Məhərrəq” bazalarında 9 min amerikalı hərbçinin xidmət keçdiyi deyilir; 

3. Küveyt – Say etibarilə ən çox amerikalı hərbçi bu ölkədə yerləşib. “Əli əl-Salem”,  “Əhməd əl-Cabir” hava bazalarında, “Arifcan”, “Vatansever” və “Buehrinq” düşərgələrində 15 mindən çox amerikalı hərbçinin xidmət keçdiyi deyilir; 

4. Səudiyyə Ərəbistanı – Bu ölkədəki hərbi hava bazasının 2003-cü ildə Qətərə köçürüldüyü deyilsə də, 2022-ci ildə Ər-Riyadın yaxınlığındakı “İskan” qəsəbəsində modern hərbi təhsil missiyası adı altında yenidən 2700 amerikalı hərbçinin yerləşdirildiyi deyilir; 

5. Birləşmiş Ərəb Əmirlikləri – “Əl-Zəfra” bazası və “Cəbəl Ali” limanında 5 minə qədər amerikalı hərbçinin olduğu bildirilir; 

6. Misir – Qahirənin qərbində ABŞ hərbi hava bazası yerləşib, şəxsi heyətin sayı barədə məlumat verilmir, daha çox yanacaq təminatı üçün istifadə edildiyi deyilir; 

7. Suriya – İŞİD-lə mübarizə adı altında son illər burada ABŞ-ın 18 hərbi bazasının və düşərgəsinin qurulduğu, 2000 amerikalı hərbçinin xidmət keçdiyi bldirilir; 

8. İordaniya – “Muvaffak əl-Salti” bazasında 3 minə yaxın amerikalı hərbçinin olduğu deyilir; 

9. İraq – 9 hərbi bazada 6 mindən çox amerikalı hərbçinin olduğu deyilir. “Victory”, “Taci”, “Habaniyyə”, “Eynül-Əsəd”, “Beled”, Kərkükdə “K-1” və Mosuldakı “Geyyara”, Ərbildəki “Ərbil” və “Hərir” bazaları amerikalıların istifadəsindədir;

10. Oman – bu ölkədə ameriklıların 600 nəfərdən çox hərbçisinin olduğu bildirilir; 

11. Türkiyə - NATO üzvü olan Türkiyənin 16 nöqtəsində ABŞ Silahlı Qüvvələrinə aid hərbi bazanın oduğu və bu bazlarda 1 800 nəfərə yaxın amerikalı hərbçinin olduğu deyilir. ABŞ-ın Türkiyədəki ən böyük hərbi bazası isə Adana və İzmirdə yerləşir...”.

 

Senzor.az

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.