ABŞ dövlət katibinin birinci müavini Viktoriya Nuland Ukraynaya səfər edib.
Bu barədə ABŞ-ın Ukraynadakı səfiri Bricet Brink "X" hesabında paylaşım edib.
"Bu gün biz hökumət liderləri, veteranlar və vətəndaş cəmiyyəti ilə görüşəcəyik, Ukraynada Rusiya təcavüzünə qalib gəlmək üçün birgə öhdəliyimizi vurğulayacağıq", - amerikalı diplomat qeyd edib.