Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 10 ildən çoxdur kəsilən əlaqələri bərpa etmək məqsədilə gələn ay Misirə səfər edəcək.
Bu barədə “Blumberq” Türkiyə rəsmilərə istinadla məlumat yayıb.
Bildirilib ki, Prezident Ərdoğan və Misir Prezidenti Əbdülfəttah əs-Sisi arasında keçiriləcək danışıqlarda əsas diqqətin Qəzzadakı fələstinlilərə yardım və müharibəyə son qoymaq üçün atılacaq addımlara yönələcəyi gözlənilir.