Zelenski yardıma görə Aİ Şurasının prezidenti Şarl Mişelə təşəkkür edib
YENİLƏNİB

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel və Aİ liderlərinə təşəkkür edib.

Bu barədə o, "X"də yazıb.

"Şarl Mişel və Aİ liderlərinə 2024-2027-ci illər üçün 50 milyard avro dəyərində yardıma görə minnətdarıq. Qərarın 27 liderin hamısı tərəfindən qəbul edilməsi çox vacibdir ki, bu da Aİ-nin möhkəm birliyini bir daha sübut edir", - o qeyd edib.

**15:17

Avropa İttifaqının (Aİ) sammitində Ukraynaya 50 milyard avro dəyərində uzunmüddətli büdcə yardımı proqramı təsdiq edilib.


Xarici KİV xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının sədri Şarl Mişel deyib.


Aİ mətbuat xidmətinin yaydığı məlumatda bildirilib ki, 27 liderin hamısı təşkilatın büdcəsi çərçivəsində Ukraynaya dəstək üçün əlavə 50 milyard avro ayrılması barədə razılığa gəliblər: "Bu, Ukrayna üçün sabit, uzunmüddətli və proqnozlaşdırıla bilən maliyyələşdirməni təmin edəcək. Aİ Ukraynanı dəstəkləməkdə lider olaraq qalır".

**13:18

Avropa İttifaqı Şurasının iclasından əvvəl Aİ liderləri Macarıstan Baş naziri Viktor Orbanla görüşüb.


Bununla bağlı Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel "X" hesabında paylaşım edib.


"Aİ Şurası sammitinə son geri sayım. Məsləhətləşmələr davam edir", - Şarl Mişel bildirib


Görüşdə Aİ Şurasının Prezidenti Şarl Mişel, Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen, Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Olaf Şolts, İtaliya Baş naziri Giorgia Meloni və Macarıstan Baş naziri Viktor Orban iştirak edib.


Qeyd edək ki, bu gün görüşün gündəliyində əsas müzakirə olunacaq mövzu Aİ büdcəsinin təsdiqlənməsi və Ukraynaya 50 milyard avro maliyyə yardımının ayrılmasıdır. Ötən ilin dekabrında Macarıstan Ukraynaya yardımın təsdiqlənməsi qərarının bloklamışdı.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.