Gürcüstan hökumətində təkcə müdafiə naziri Cuanşer Burçuladze istisna olmaqla, heç bir dəyişiklik olmayacaq.
Gürcüstan KİV xəbər verir ki, bunu hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasının bu gün keçirilən qurultayında namizədliyi baş nazir postuna irəli sürülən İrakli Kobaxidze deyib.
“Yalnız müdafiə naziri Cuanşer Burçuladze siyasəti tərk edərək başqa sahəyə keçmək istəyir. Mən onun qərarına hörmət edirəm. Ona görə də bu vəzifəyə İrakli Çikovani (hakim “Gürcü arzusu” fraksiyasının sədr müavini və parlamentin vitse-spikeri) irəli sürüləcək”, - o bildirib.
Gürcüstanın Baş naziri postuna İrakli Kobaxidzenin namizədliyi irəli sürülüb.
Bu barədə Gürcüstan KİV-ləri məlumat yayıb.
Qeyd edək ki, İrakli Georgiyeviç Kobaxidze 1978-ci il sentyabrın 25-də Tbilisidə anadan olub. 2016-cı il noyabrın 18-dən 2019-cu il iyunun 21-dək Gürcüstan parlamentinə sədrlik edib.
Gürcüstanda keçirilən anti-Rusiya aksiyalarına görə 2019-cu il iyunun 21-də Bakıya səfəri yarımçıq qalıb. 2021-ci ilin əvvəlində Bidzina İvanişvili siyasətdən getdiyini elan edəndən sonra o, "Gürcü-arzusu-Demokratik Gürcüstan" Partiyasının sədri seçilib.("Report")