Macarıstan parlamenti İsveçin NATO-ya üzvlüyünə dair razılaşmanın ratifikasiyası üçün növbədənkənar iclas fevralın 5-də keçirəcək.
TASS xəbər verir ki, bu barədə parlamentin saytı məlumat yayıb.
Bildirilib ki, qrafikə uyğun olaraq yaz sessiyası fevralın 26-da başlamalı idi.
Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisi bu razılaşmanı ratifikasiya etdikdən sonra Prezident Rəcəb Tayyib Ərdoğan imzalayıb.
Hazırda Macarıstan yeganə NATO ölkəsi olaraq qalır ki, parlamenti İsveçin üzvlük ərizəsini hələ ratifikasiya etməyib.