İranın cənub sahilindəki Hörmüzqan əyalətində yeni Atom Elektrik Stansiyasının (AES) tikintisinə başlanılıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, İran Prezidenti İbrahim Rəisi Hörmüzqan vilayətinə səfəri zamanı videokonfrans vasitəsilə Sirikdə Atom Elektrik Stansiyasının tikintisi layihəsinə başlanılması barədə sərəncam verib.
Hörmüz boğazının boğazında yerləşən yeni elektrik stansiyası 5000 meqavat elektrik enerjisi istehsal etmək üçün nəzərdə tutulub.
Xatırladaq ki, İranın Atom Enerjisi Təşkilatı qarşısına uzunmüddətli hədəf qoyub: gələcəkdə ölkədə nüvə elektrik enerjisi istehsal 20 min meqavata çatdırılmalıdır.