Antoni Blinken növbəti dəfə Yaxın Şərqə səfər edəcək

ABŞ dövlət katibi Antoni Blinken fevralın 4-8-də Səudiyyə Ərəbistanı, Misir, Qətər, İsrail və İordan çayının qərb sahilinə səfər edəcək.


Bu barədə Birləşmiş Ştatların dövlət departamenti məlumat yayıb.


“Dövlət katibi HƏMAS hərəkatının əlindəki bütün girovların azad olunması, həmçinin Qəzza sektoruna yardımın davamlı və genişləndirilmiş şəkildə çatdırılmasına imkan verəcək humanitar atəşkəs də daxil olmaqla razılıq əldə edilməsi üçün diplomatik səylərini davam etdirəcək”, - deyə bəyanatda bildirilir.


Bu, Fələstin-İsrail münaqişəsinin başladığı oktyabrın 7-dən sonra Dövlət Departamenti rəhbərinin Yaxın Şərqə beşinci səfəridir.


Bir müddət öncə Qətər Xarici İşlər Nazirliyinin nümayəndəsi HƏMAS hərəkatının Qəzza sektorunda atəşkəs rejimi, girov və əsirlərin mübadiləsi üzrə təklifə ilkin razılıq verdiyini bildirib. Bundan öncə isə HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə Qəzzada hərbi əməliyyatları tamamilə dayandırmağa və İsraili qoşunlarını eksklavdan çıxarmağa çağırıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.