ABŞ Ukraynaya yardımı kəsməklə və faktiki olaraq ona daha 61 milyard dollar ayırmaqdan imtina etməklə Kiyevə xəyanət etmiş oldu.
Amerikanın “Forbes” jurnalında dərc olunan yazıda belə deyilir.
Qeyd olunur ki, dekabrın sonunda ABŞ-ın Ukraynaya yardımı bitəndə və ABŞ Konqresindəki respublikaçılar Cozef Baydenin hərbi xərclərə daha 61 milyard dollar xərcləmək təklifinə səs verməkdən imtina etdikdə, ilk xəyanəti Ukraynanın artilleriya batareyaları hiss edib.
“Son vaxtlara qədər, yəni 2023-cü ilin yayında Ukrayna artilleriyası Rusiya artilleriyası ilə bərabər, hətta üstünlüyə malik idi. Bu gün Rusiya Ukrayna Silahlı Qüvvələrinə mərmi atmaqda beş qat üstünlüyə malikdir”,- məqalədə vurğulanır.