Namibiya Respublikasının Prezidenti Haqe Qotfrid Qeynqob fevralın 4-də 82 yaşında vəfat edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, o, müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Onun yanında həyat yoldaşı və uşaqları olub.
Namibiya Prezidentinin ofisi vurğulayıb ki, həkimlər qrupu dövlət başçısının sağalmasını təmin etmək üçün əlindən gələni edib, lakin mütəxəssislərin bütün səylərinə baxmayaraq o, dünyasını dəyişib.
Namibiyanın Vitse-prezidenti, hazırda isə dövlət başçısı vəzifəsini icra edən Nangolo Mbubanın imzaladığı nekroloqda deyilir: “Xalq görkəmli xidmətçisini, azadlıq mübarizəsinin simvolunu, konstitusiyamızın baş memarını və Namibiya evinin sütununu itirdi”.