İsrail ordusu oktyabrın 7-də münaqişə başlayan zaman anklavda (Qəzza – red.) mövcud olan 24 HƏMAS batalyonundan 17-ni məhv edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu Nazirlər Kabinetinin həftəlik iclasında deyib.
"Mən siyasətimizi aydınlaşdırmaq istəyirəm: ilk növbədə əsas məqsədimiz HƏMAS-ın məhv edilməsidir. Bu məqsədə çatmaq üçün HƏMAS-ın batalyonlarının azaldılması lazımdır. Bu günə kimi biz 24 batalyondan 17-ni məhv etmişik. HƏMAS-ın qalan batalyonlarının çoxu Qəzza zolağının cənubunda və Rəfahdadır. Onlara da vaxt çatacaq”, - deyə Netanyahu əlavə edib.