Fransa və İsrail XİN rəhbərləri görüşdülər

Yerusəlimdə səfərdə olan Fransa xarici işlər naziri Stefan Sejurne israilli həmkarı İsrael Katzla görüşüb.


"Times of Israel" xəbər verir ki, bu barədə İsrailin Xarici İşlər Nazirliyi məlumat yayıb.


Bildirilib ki, Katz Fransanın İsrailə verdiyi dəstəyə, özünü müdafiə etmək hüququna hörmətə və eyni zamanda, Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə (UNRWA) maliyyə dəstəyini dayandırdığına görə Fransa XİN rəhbərinə təşəkkür edib.


Katz, həmçinin fransalı həmkarından Qətərə dərmanların Qəzzada girovlara çatdığına dair sübutu təqdim etməsi üçün təzyiq göstərməsini xahiş edib.


Qeyd edək ki, yanvarın ortalarında Fransa və Qətər HƏMAS tərəfindən Qəzzada saxlanılan israilli girovlara dərman alaraq göndərib, lakin İsrail bu dərmanların girovlara çatdığını təsdiqləyə bilməyib.


Xatırladaq ki, fevralın 4-də Fransa xarici işlər naziri Sejurne Misir və İordaniyada olub, regiona dörd günlük səfəri çərçivəsində Ramallah və Beyruta da səfər edəcək. O, bu gün İsraildə Baş nazir Benyamin Netanyahu, strateji məsələlər üzrə nazir Ron Dermer, milli təhlükəsizlik müşaviri Tzaçi Haneqbi və müxalifət lideri Yair Lapidlə də görüşəcək.(APA)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.