Qazaxıstanın yeni hökumətinə prezident administrasiyasının keçmiş rəhbəri Oljas Bektenov başçılıq edəcək.
Bu barədə Akorda (Prezident Administrasiyası) məlumat yayıb.
Bu gün hakim Amanat partiyası onun namizədliyini prezident Kasım-Jomart Tokayevə təqdim edib.
Dövlət başçısı Bektenovun namizədliyini parlamentin digər partiya fraksiyaları ilə müzakirə edib.
Plenar iclasdan sonra Prezident bununla bağlı sərəncam imzalayıb.
Bektenovun namizədliyinin lehinə 69 deputat səs verib, 7 deputat bitərəf qalıb.(“Report”)