Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi Ukraynaya səfər edib.
Bu barədə AEBA-nın baş direktoru "X" hesabında məlumat verib.
O bildirib ki, Zaporojye Atom Elektrik Stansiyasına (AES) səfərindən əvvəl Ukraynanın enerji naziri və "Energeatom" şirkətinin rəsmiləri ilə görüşüb, Ukrayna AES-ləri ilə bağlı fikir mübadiləsi aparıb.
Rafael Qrossi vurğulayıb ki, AEBA bu obyektlərin təhlükəsizliyini dəstəkləməkdə qətiyyətli olaraq qalır.