Baltikyanı ölkələrin müvəqqəti işlər vəkilləri Rusiya XİN-ə çağırıldılar

Latviya, Litva və Estoniyanın müvəqqəti işlər vəkilləri Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıblar.  

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova məlumat verib.  

 

Onun sözlərinə görə, buna səbəb Rusiyada keçiriləcək prezident seçkisi ilə əlaqədər təhlükəsizlik tədbirləri ilə bağlı məsələyə Baltikyanı ölkələrin hakimiyyət orqanlarının lazımi cavab verməməsidir.  

 

Qeyd olunub ki, bu təhlükəsizlik tədbirləri Vilnüs, Riqa və Tallindəki Rusiya səfirliklərindəki seçki məntəqələrinə aiddir.  

 

“Biz Baltikyanı dövlətlərin təmsilçilərinə bildirdik ki, 1961-ci il Diplomatik münasibətlər haqqında Vyana Konvensiyasının müddəalarına uyğun olaraq və hamılıqla qəbul edilmiş beynəlxalq təcrübə əsasında diplomatik missiyaları qorumaq üçün bütün lazımi tədbirləri görmək məsuliyyəti qəbul edən dövlətlərin üzərinə düşür. Rusiya üç ölkənin hakimiyyət orqanlarından səsvermə zamanı seçicilərin, eləcə də Rusiya səfirliklərinin əməkdaşlarının təhlükəsizliyinin təmini üçün lazım olan hər şeyi etməyi istəyib”, - M.Zaxarova deyib.  

 

O vurğulayıb ki, seçki zamanı çətinliklər yaratmaq bu ölkələrdə yaşayan ruslar arasında ciddi etiraza səbəb olacaq: “Çünki bu onların konstitusion hüquqlarının pozulmasıdır. Biz Baltikyanı ölkələrin öz öhdəliklərini yerinə yetirməsini təmin etməyə davam edəcəyik. Əgər təxribat davam edərsə, ikitərəfli kontekstdə və beynəlxalq strukturlarda qətiyyətlə hərəkət edəcəyik”, - deyə Zaxarova bildirib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.