ABŞ Prezidenti Co Bayden bazar günü Las-Veqasda tərəfdarları qarşısında çıxış edərkən 30 ilə yaxındır vəfat etmiş Fransa prezidenti Fransua Mitteranla indiki prezident Emmanuel Makronu səhv salıb və bu yaxınlarda birinci ilə görüşdüyünü deyib.
Senzor.az bildirir ki, bu barədə yerli və xarici KİV-lər məlumat yayıb.
Belə ki, Bayden ABŞ Prezidenti seçildikdən aylar sonra İngiltərədə G7 toplantısı zamanı Fransa prezidenti Emmanuel Makronla görüşərkən prezidentliyi zamanı dəfələrlə danışdığı hekayəni təkrar edib: "Mən oturdum və dedim: "Amerika qayıtdı”. "Və Almaniyadan, yəni Fransadan olan Mitteran mənə baxdı və dedi ..."
Bayden bu məqamda fikirlərini toplamağa çətinlik çəkib və yalnız müəyyən pauzadan sonra davam edib: "Hə, indi nə vaxtadək geri qayıtmısız?"
Xatırladaq ki, Fransua Mitteran 1981-1995-ci illərdə Fransa prezidenti olub və 1996-cı ildə vəfat edib.
Daha ətraflı videoda: