“Teleqraf” (The Telegraph) nəşri Rusiyanın NATO-ya mümkün hücumu ilə bağlı yeni ssenari yayıb.
Toqquşma ssenarisi 5 mərhələyə bölünüb.
İlk mərhələ bu ilin yazında başlaya bilər. Belə ki, Rusiya 200 min insanı səfərbərliyə cəlb edərək Qərbin dəstəyinin səngiməsi fonunda Ukraynaya yeni hücuma keçəcək.
İkinci mərhələ bu ilin yayında ola bilər. Rusiyanın Baltikyanı ölkələri kiberhücumlarla hədəf alacağı və etnik ruslar arasında iğtişaşları artıracağı proqnozlaşdırılır.
Artıq 2024-cü ilin payızında Rusiya Federasiyası Belarusda hərbi təlimlərə başlamaq və Kalininqradı gücləndirmək üçün iğtişaşlardan bəhanə kimi istifadə edə bilər.
2024-cü ilin qışında Rusiya Polşa ilə Baltikyanı ölkələr arasında Suvalki körfəzində sərhəd münaqişəsi yarada bilər.
Beşinci mərhələ "qarşıdurmanın özü" adlanır: “Rusiya NATO qüvvələri ilə qarşılaşdıqda Putin hücum edib-etməyəcəyinə qərar verəcək”.
Qeyd olunur ki, Rusiya iqtisadiyyatı Qərbin sanksiyalarına məruz qalmaqda davam edir. Hərbi xərclərin yenidən iki və ya üç dəfə artırılması ölkənin bir neçə il ərzində iflasına səbəb olacaq.(Axar.az)